Bakı Ali Neft Məktəbinin tələbələri onlayn tərcümə “Hackathon”unda qalib olub

6 Aprel 2020 16:48 (UTC+04:00)

Bakı Ali Neft Məktəbinin tələbələri “Khan Academy Azərbaycanca” tərəfindən Azərbaycanda ilk dəfə olaraq onlayn keçirilən “Quarantine" adlı tərcümə “Hackathon”unda qalib olub.

BANM-dən Mövqe.az-a verilən məlumata görə, Ali Məktəbin Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasının IV kurs tələbələri Səkinə Nağızadə, Abdulla Əsgərzadə və Aysu Həmidlinin iştirak etdiyi “My bed panic” komandası yarışmada II yerə layiq görülüblər.

“Hackathon” çərçivəsində iştirakçılar “Khan Academy”nin xüsusi sistemində riyaziyyat, kimya, biologiya, incəsənət, fizika, tibb və s. kimi mövzularda olan kontentləri ingilis dilindən azərbaycan dilinə tərcümə ediblər.

8 gün davam edən “Hackathon”da Ali Məktəbin “My bed Panic” komandası 360 000-dən çox söz tərcümə etməyə nail olub.

İlk 3 yerə sahib olan komandanın üzvlərinə hədiyyə paketi təqdim olunacaq.
Qeyd edək ki, yarışda 10-dan çox tərcüməçi komandası qalibiyyət uğurunda mübarizə aparıb.