Bakıda yolu keçən qadını avtomobil vurub

6 Aprel 2020 22:41 (UTC+04:00)

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü Musayeva Mehriban Siyavuş qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona müştərək travma diaqnozu qoyulub.