ABŞ-da koronavirusa qarşı ikinci peyvəndin klinik sınaqlarına icazə verilib

7 Aprel 2020 09:00 (UTC+04:00)
ABŞ federal orqanları yeni növ koronavirusa qarşı ikinci peyvəndin klinik sınaqlarına icazə verib. Mövqe.az-ın məlumatına görə, bu barədə Ağ Evdə jurnalistlər üçün keçirdiyi brifinqdə Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp bildirib. D.Tramp deyib: "Bu gün ikinci şirkət elan edib ki, [ABŞ Səhiyyə və Sosial Xidmət Nazirliyi yanında] Qida və Dərman kəfiyyəti məsələləri üzrə İdarəsi [yeni koronavirusa] qarşı peyvəndin klinik sınaqlarına icazə verib". Bununla birlikdə, D.Tramp xatırladıb ki, əvvəllər bənzər peyvəndin sınaqdan keçirilməsinə icazə Johnson & Johnson şirkəti tərəfindən alınmışdı. Bundan əlavə, Tramp yeni koronavirusun səbəb olduğu xəstəliyin müalicəsi üçün 10 "müalicəvi vasitə"sinin hazırda ABŞ-da sınaqdan keçirildiyini qeyd edib.