BMT Təhlükəsizlik Şurası koronavirusu müzakirə edəcək

7 Aprel 2020 09:29 (UTC+04:00)
BMT Təhlükəsizlik Şurası 9 aprel tarixində koronavirus infeksiyası ilə əlaqədar vəziyyəti müzakirə etmək üçün toplanacaq. Bu barədə "RİA Novosti" Təhlükəsizlik Şurasındakı mənbəyə istinadən məlumat verib. Qeyd olunub ki, qapalı rejimdə keçiriləcək iclas videokonfrans formatında olacaq. İclasda ən azı 10 ölkənin iştirak edəcəyi planlaşdırılır: Almaniya, Estoniya, Belçika, Tunis, Vyetnam, İndoneziya, Dominikan Respublikası, Niger, Sent-Vinsent və Qrenadin. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 208 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 300 000-i ötüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.