Azərbaycanlı futbolçu: "Temperaturum 37,5-dir, öskürəyim var"

7 Aprel 2020 09:16 (UTC+04:00)
Ukrayna "Dinamo"sunun əslən azərbaycanlı sabiq futbolçusu Aleksandr Əliyev gəzintidən sonra səhhətinin pis olmasından şikayətlənib. 35 yaşlı keçmiş yarımmüdafiəçi bununla başlı "İnstagram" hesabından paylaşım edib. Əliyev izləyicilərinə səslənərək onlardan nə etməli olduğunu soruşub: "Hamıya salam, nə edəcəyimi deyin. Temperatur 37,4 - 37,5-dir. Özümü yaxşı hiss edirəm, sadəcə öskürək var. Bu nədir: sadəcə xəstələndim, soyuq dəydi və ya nə? Təcili yardım çağırmağın mənası varmı? Bu gün gəzintiyə çıxmışam". Qeyd edək ki, Aleksandr Əliyev daha öncə koronavirus pandemiyasını "feyk" adlandırmışdı. (Report)