Rusiyanın tanınmış fiziki koronavirusdan öldü

7 Aprel 2020 12:00 (UTC+04:00)
Rusiyanın erməni əsilli tanınmış fiziki, lazer fizikası üzrə mütəxəssis Mişik Kazaryan koronavirusdan ölüb. "Report" xəbər verir ki, məlumatı "Sputnik Armeniya" yayıb. O, sonucu dəfə martın 16-da işə çıxıb. Bir neçə gündən sonra onun temperaturu yüksəlib və özünü pis hiss edib. M.Kazarayan bu müddət ərzində institutda heç kimlə təmasda olmayıb. Qeyd edək ki, Mişik Kazaryan 1948-ci il fevralın 28-də Ermənistanın Kotayk vilayətinin Razdan şəhərində anadan olub.