Nazir açıqladı: Korona nəzarət altındadır

7 Aprel 2020 13:20 (UTC+04:00)

Norveçdə yeni tip koronavirus nəzarət altına alınıb.

Mövqe.az xəbər verir ki, bunu Norveçin Səhiyyə naziri Bent Xoye deyib.

O bildirib ki, sərt tədbirlər görülməsəydi, Avropanın digər ölkələrində yaşananlar Norveçdə də baş verəcəkdi:

"Statistikaya əsasən demək olar ki, ölkə üzrə pandemiyaya yoluxma hallarında artım müşahidə edilmir. Yaxın zamanlarda xəstəxanalarda müalicə alanların sayında da azalma olacaq".

Qeyd edək ki, Norveçdə ümumilikdə 5 min 755 nəfərdə koronavirus aşkarlanıb, 59 nəfər isə həyatını itirib.