OPEK+ ölkələri nazirlərinin iclasının vaxtı açıqlanıb

7 Aprel 2020 13:35 (UTC+04:00)
OPEK və bu quruma daxil olmayan neft istehsalçısı olan ölkələrin Energetika nazirlərinin (OPEK+) növbəti iclasının 2020-ci il aprelin 9-da keçirilməsi planlaşdırılır. Bunu Azərbaycanın Energetika nazirinin müavini Zəminə Əliyeva deyib. Onun sözlərinə görə, görüşdə OPEK+ ölkələrinin bütün nazirlərinin iştirakı və yeni "Əməkdaşlıq bəyannaməsinin" müzakirəsi planlaşdırılır.