ÜST fransız alimlərin çıxışını utancverici adlandırdı

7 Aprel 2020 15:18 (UTC+04:00)
"XXI əsrdə elm adamlarının bu cür açıqlamalar verməsi dəhşətdir". "Report" "Euronews"a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus fransalı alimlərin koronavirus vaksininin Afrikadakı insanlar üzərində sınaqdan keçirilməsi fikirlərinı münasibət bildirərəkən deyib. "Açığı, bu, məni dəhşətə gətirdi. Bu gün irqçi çıxışlardansa, həmrəylik nümayiş etdirmək lazımdır. Afrika heç bir vaksin üçün təcrübə yeri olmamaldır, olmayacaq da. Afrika, Avropa, dünyanın harası olursa-olsun, protokollar hər yerdə eyni şəkildə tətbiq ediləcək. Müstəmləkəçik dövründən qalma mentalitetə son qoyulmalıdır. Bu utanvericidir", - o vurğulayıb. Qeyd edək ki, aprelin 3-də Fransadan olan həkimlər Jan Pol Mir və Kamilla Loxt koronavirus vaksinini Afrikada sınaqdan keçirməyi təklif etmişdilər.