"O, dünyada ən yaxşı və qüsuru olmayan hücumçudur"

7 Aprel 2020 16:00 (UTC+04:00)
"O, dünyada ən yaxşı və qüsuru olmayan hücumçudur" Manchester City-nin yarımmüdafiəçisi İlkay Gündoğan Borussia Dortmund-daki sabiq komanda yoldaşı Robert Levandovski barədə danışıb. Goal.az xəbər verir ki, Almaniya millisinin üzvü polşalı futbolçunu dünyanın ən yaxşı hücumçusu hesab edib: "Levandovski ilə birgə oynamaq zövq idi. Mükəmməl texnikası var idi və vurduğu qollar əlçatmaz idi. Fikrimcə, dünyada ən yaxşı və qüsuru olmayan hücumçudur".