Türkiyənin Aİ-dəki nümayəndəliyinin əməkdaşı koronavirusdan öldü

7 Aprel 2020 19:40 (UTC+04:00)
Türkiyənin Avropa İttifaqı yanında Daimi Nümayəndəliyinin əməkdaşı Ahmet Eğri koronavirusdan vəfat edib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter" səhifəsində yazıb. Nazir qeyd edib ki, A.Eğri Brüsseldə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 370 000-i ötüb. Bunların 294 301 nəfəri sağalıb, 77 316 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.