Bakıda ruhi əsəb xəstəsi itkin düşdü

8 Aprel 2020 09:49 (UTC+04:00)

Bakıda itkin düşən gənc qız axtarışa verilib.

"Report"un xəbərinə görə, hadisə aprelin 4-ü saat 15 radələrində paytaxtın Sabunçu rayon ərazisində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü, ruhi əsəb xəstəsi olan Gülsəfa Həməzətova evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.