Binəqədidə narkotik satan Abşeron sakini ələ keçdi

8 Aprel 2020 11:43 (UTC+04:00)

Bakının Binəqədi rayonu ərazisində narkotik alverçisi saxlanılıb.

Mövqe.az-ın məlumatına görə, Binəqədi rayon Polis İdarəsinin və Post Patrul Bölüyünün əməkdaşları məlumat əsasında Abşeron rayon sakini, 1988-ci il təvəllüdlü A.Alxanovu saxlayıb. Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən ondan 0,231 qram heroin, 1,998 metamfetamin 0,104 metadon götürülüb.

Faktla bağlı araşdırma aparılır.