Bu ölkədə 286 həkim koronaya yoluxdu

8 Aprel 2020 13:33 (UTC+04:00)

Çilidə koronavirusa yoluxan həkimlərin sayı 286-ya çatıb.

Axar.az xəbər verir ki, bunu Çili Səhiyyə naziri Hayme Manyaliç deyib.

Qeyd edək ki, Çili Latın Amerikasında koronavirusa yoluxanların sayına görə Braziliyadan sonra ikinci yeri tutur. Ölkədə koronavirusa yoluxanların sayı 5115 nəfər, bu virusdan ölənlərin sayı isə 43 nəfər təşkil edir.