Bakıdakı Dünya Kuboku təxirə salındı

8 Aprel 2020 13:40 (UTC+04:00)

Bakıda keçirilməsi planlaşdırılan stend və güllə atıcılığı üzrə Dünya Kuboku təxirə salınıb.

Mövqe.az xəbər verir ki, bu barədə Beynəlxalq Atıcılıq İdman Federasiyasının (ISSF) rəsmi saytı məlumat yayıb.

ISSF koronavirus pandemiyası səbəbindən Bakıdakı yarışla yanaşı, Hindistanın Yeni Delhi şəhərindəki iki Dünya Kubokunu da təxirə salıb.

Qeyd edək ki, Bakıdakı Dünya Kubokunun 22 iyun - 3 iyulda keçirilməsi nəzərdə tutulurdu.