Azərbaycanda 822 nəfər koronavirusa yoluxub

8 Aprel 2020 17:18 (UTC+04:00)

Azərbaycanda bu günə qədər koronavirus infeksiyasına yoluxanların sayı açıqlanıb.

Bu barədə Mövqe.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 822 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 44 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib.