Azərbaycanda 53 mindən çox koronavirus testi aparılıb

8 Aprel 2020 17:29 (UTC+04:00)

"Bu gün ölkədə 3 000-dən çox müayinə aparılıb və bununla da 53 mindən çox test icra olunub".

Mövqe.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gələn həftə Şəki və Sumqayıtda yeni laboratoriya açılacaq.