Azərbaycanda xəstəxanalarda müalicə alan koronavirus xəstələrinin sayı açıqlandı

8 Aprel 2020 17:57 (UTC+04:00)

Hazırda koronavirus infeksiyasına yoluxmuş 751 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu barədə Mövqe.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Bundan başqa, hazırda ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 3 000 nəfərdən artıq vətəndaşın müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edək ki, hazırda Azərbaycanda 822 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.