İnnovasiyalar Agentliyinin nizamnamə fondu artırıldı

8 Aprel 2020 19:05 (UTC+04:00)

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 fevral tarixli 545 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. 

Mövqe.az-ın məlumatına görə, fərmanla “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 fevral tarixli 545 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 244) aşağıdakı dəyişikliklər edilib:

1. 3-cü hissədə “ilkin nizamnamə fondu 500 000 (beş yüz min)” sözləri “nizamnamə fondu 954 008 (doqquz yüz əlli dörd min səkkiz)” sözləri ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin Nizamnaməsi”nin 5.1-ci bəndində “ilkin nizamnamə fondunun məbləği 500 000 (beş yüz min)” sözləri “nizamnamə fondunun məbləği 954 008 (doqquz yüz əlli dörd min səkkiz)” sözləri ilə əvəz edilsin.