Gürcüstanda koronavirusa yoluxanların sayı 214-ə çatdı

9 Aprel 2020 10:38 (UTC+04:00)

Gürcüstanda koronavirusa yoluxanların sayı 214-ə yüksəlib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

COVID-19 infeksiyasına yoluxanların 50-si sağalıb, 3-ü isə ölüb.

Hazırda karantində 4 559, stasionar nəzarətdə isə 353 nəfər saxlanılır.