Spiker: "Azərbaycan koronavirusla mübarizənin ön sıralarında dayanır"

9 Aprel 2020 11:27 (UTC+04:00)

“Bugünlərdə Azərbaycan Prezidenti yeni bir humanist addım atıb. Cənab Prezidentin sərəncamı ilə 176 nəfər əfv edilib. Bu da onu göstərir ki, hər bir insanın sağlamlığı dövlətimiz üçün önəmlidir. Burada əsas məqsəd əhalinin sağlamlığının qorunmasıdır”.

Mövqe.az xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

Spiker qeyd edib ki, Azərbaycan dünyada koronavirusla mübarizənin ön sıralarında dayanır:

“Dövlət tərəfindən bütün lazımi işlər görülür”.