Nazir rəisi işdən çıxardı

9 Aprel 2020 15:00 (UTC+04:00)

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Mövqe.az-ın Oxu.az-a istinadən məlumatına görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi, polkovnik-leytenant Müslüm Quliyev vəzifəsindən azad edilib.

O, sərəncama götürülüb.

Nazirin digər əmri ilə Aqil Ələsgərov Suraxanı RPİ-nin İstintaq Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.