“Azərsu” ASC hesabat xarakterli məlumat yayıb

9 Aprel 2020 16:31 (UTC+04:00)

2019-cu ildə "Azərsu" ASC 289,2 milyon m³ içməli su satıb, 185,9 milyon m³ tullantı sularının axıdılmasını təmin edib.

Mövqe.az xəbər verir ki, ötən il göstərilmiş xidmətlərə görə yığımın səviyyəsi 95,7% təşkil edib.

Hesabat dövründə qurum su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 629,5 milyon manat investisiya qoyub. Bunun 418,7 milyon manatı dövlət büdcəsindən ayrılıb, 210,8 milyon manatı isə beynəlxalq təşkilatlardan kredit kimi cəlb edilib.

Hazırda "Azərsu" abunəçilərinin 70%-ni fasiləsiz su ilə təmin edir. Bu nisbət Bakıda 81,5% təşkil edir.