Sumqayıtda avtomobil oğurlayan şəxs saxlanılıb

9 Aprel 2020 18:00 (UTC+04:00)

Avtomobil oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Rəfiyevə məxsus “Hyundai” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini A.Əlimərdanov saxlanılıb.