Çində koronavirusa yeni yoluxma halları qeydə alınıb

10 Aprel 2020 09:15 (UTC+04:00)

Çinin materik hissəsində son sutka ərzində yeni növ koronavirusa yoluxanların sayı 42 nəfər artıb.

“Report” xəbər verir ki, bu barədə Çin Milli Səhiyyə Komissiyası bildirib. 

Yoluxan şəxslərin 38-si başqa dövlətlərdən gəlib. Digər dörd nəfər ölkə daxilində yoluxub.

Ötən gün koronavirusdan bir nəfər ölüb. Hadisə virusun yayılma mərkəzi olan Hubey vilayətində qeydə alınıb.

Hazırda Çində COVID-19-dan 1 116 nəfər müalicə alır.