Sakinlər Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıblar

10 Aprel 2020 11:02 (UTC+04:00)

Cənab Prezident, mən inanıram ki, Sizin müdrik qərarlarınızla biz bu bəladan minimum zərərlə qurtulacağıq.

Mövqe.az Prezidentin saytına istinadla xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə Ağdam rayon sakini Hacıağa Hacıyevin ünvanladığı minnətdarlıq məktubunda deyilir.

Ağdam rayonu, Quzanlı qəsəbəsinin sakini Hacıağa Hacıyev ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizənin çox yüksək səviyyədə təşkil edildiyini bildirib:

“Hörmətli cənab Prezident, ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə çox yüksək səviyyədə təşkil edilib. Statistik göstəricilərə əsasən söyləmək olar ki, dövlət tərəfindən qəbul edilən mükəmməl qərarlar müsbət nəticə verəcəkdir.

Açılışında iştirak etdiyiniz “Yeni klinika” tibb müəssisəsini pandemiya ilə mübarizə məqsədilə xalqımızın xidmətinə verməyiniz əhalinin sağlamlığının qorunmasına yüksək diqqət göstərməyinizin bariz nümunəsidir.

Möhtərəm cənab Prezident, başda Siz olmaqla Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürən bütün şirkətlərə və insanlara minnətdarlığımı bildirirəm.

İnsanların sağlamlığının qorunması məqsədilə bir çox sahələrdə işçilərin evdən işləmələrinə şərait yaradılıb. Bu təşəbbüs də dövlət tərəfindən irəli sürüldü, hətta işə gəlməyən işçilərin əməkhaqları saxlanıldı.

Hörmətli cənab Prezident, mən inanıram ki, Sizin müdrik qərarlarınızla biz bu bəladan minimum zərərlə qurtulacağıq. Sizinlə fəxr edirəm, Sizə dəstəyim misilsizdir. Bu gün dövlətin insanlardan ən böyük tələbi evdə qalmaqdır və yaradılan şəraitdə bu, heç də çətin bir iş deyil. Allah Sizi və xalqımızı qorusun. Biz birlikdə güclüyük!”.

***

Cənab Prezident, bizlər də həmişə Sizin yanınızdayıq, Sizin əsgərlərinizik.

Mövqe.az Prezidentin saytına istinadla xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə Bakı şəhəri, Nizami rayonu sakini Samir Abdullayevin ünvanladığı minnətdarlıq məktubunda deyilir.

Samir Abdullayev yazır:

“Hörmətli cənab Prezident, həmişə olduğu kimi, bu çətin günlərdə də xalqın yanında olduğunuza, xalqa qayğı göstərdiyinizə görə şəxsən öz adımdan və ailəmin adından Sizə dərin minnətdarlığımı bildirirəm.

“Yeni klinika” tibb müəssisəsinin koronavirusa yoluxan xəstələrin müalicəsi üçün istifadəyə verilməsi, tibbi maska istehsalı müəssisəsinin açılışı Sizin xalqın yanında olmağınızın, daim vətəndaşları düşünməyinizin daha bir sübutudur.

Bizlər də həmişə Sizin yanınızdayıq, Sizin əsgərlərinizik. Allah Sizi Azərbaycan xalqına çox görməsin”.

***

Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaqdır.

Mövqe.az Prezidentin saytına istinadla xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə Lənkəran şəhər sakini Nurlan İbadovun ünvanladığı minnətdarlıq məktubunda deyilir.

Salyan rayonunun Qarabağlı kəndinin sakinləri adından Vüqar Mürsəlovyazır ki, ölkəmizi müxtəlif təhdidlərdən qoruyan, onun davamlı və böyük uğurlar əldə etməsinə imkan yaradan mühüm səbəblərdən biri məhz liderlə xalq arasında olan bağlılıqdır. O yazır:

“Əziz Prezidentimiz, dünyanı cənginə alan koronavirusun yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə görə Sizə təşəkkür edirik. Hər zaman xalqın yanında olmağınız və həyata keçirdiyiniz sosial siyasətiniz bu reallığı tam əks etdirir. Ölkəmizi müxtəlif təhdidlərdən qoruyan, onun davamlı və böyük uğurlar əldə etməsinə imkan yaradan mühüm səbəblərdən biri məhz liderlə xalq arasında olan bağlılıqdır. Bəli, bu, lider-xalq birliyinin təcəssümü və təzahürüdür. Lider ən kritik vaxtlarda öz vətəndaşının yanında, vətəndaş isə öz dövlətinin, liderinin yanındadır.

Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaqdır. Allah Sizi, ailənizi və xalqımızı qorusun”.

***

Əziz Prezidentimiz, ölkə vətəndaşlarının sağlamlığının qorunması istiqamətində gördüyünüz işlərə görə bir gənc olaraq Sizə təşəkkür edirəm.

Mövqe.az Prezidentin saytına istinadla xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə Lənkəran sakini Nurlan İbadovun ünvanladığı minnətdarlıq məktubunda deyilir.

Nurlan İbadov yazır ki, Azərbaycanın gündən-günə inkişaf etməsi, dünya dövlətləri arasında nüfuzunun artması istiqamətində görülən işlərin miqyası çox böyükdür və bu işlər xalqımız, o cümlədən lənkəranlılar tərəfindən minnətdarlıqla qarşılanır. O yazır:

“Hörmətli cənab Prezident, dünyada yayılmış koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Sizin ölkəmizdə epidemiyanın geniş yayılmasının qarşısının alınması ilə bağlı verdiyiniz tapşırıqlar layiqincə yerinə yetirilir, vətəndaşlara diqqət və qayğı göstərilir. Bir vətəndaş olaraq əminəm ki, Sizin müdrik rəhbərliyinizlə biz tezliklə bu bəladan xilas olacağıq. Biz həmişə Sizinləyik.

Əziz Prezidentimiz, ölkə vətəndaşlarının sağlamlığının qorunması istiqamətində gördüyünüz işlərə görə bir gənc olaraq Sizə təşəkkür edirəm”.