Deputatlar üçün yeni intizam qaydaları hazırlanır

10 Aprel 2020 10:21 (UTC+04:00)

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində deputatların yeni intizam qaydaları hazırlanır.

 Report-un xəbərinə görə, bu barədə həmin komitənin üzvü Erkin Qədirli məlumat verib.

O bildirib ki, bununla bağlı komitədə işçi qrup da yaradılıb:

“Mən də həmin işçi qrupun üzvüyəm. Öz təkliflərimi hazırlayıram və həmin qaydaların sərtləşdirilməsinin tərəfdarıyam. Buraya mövzudan qırağa çıxmaqdan tutmuş, deputatlığa uyğun olmayan işlərə görə intizam tədbirlərin görülməsi aiddir”.