Azərbaycan “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə qoşuldu

10 Aprel 2020 13:24 (UTC+04:00)

Prezident İlham Əliyev “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə qoşulmaq barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Mövqe.az-ın məlumatına görə, sənəddə qeyd edilir ki, Azərbaycan Respublikası 2013-cü il noyabrın 7-də Banqkok şəhərində imzalanmış “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə müvafiq bəyanatla və qeyd-şərtlə qoşulsun.