Nyu Yorkda koronadan ölənlər kütləvi basdırılır - Video

10 Aprel 2020 14:18 (UTC+04:00)

Nyu Yorkda yeni tip koronavirusdan ölənlər kütləvi şəkildə Hart adasında dəfn edilir.

Axar.az xəbər verir ki, adaya gündəlik təxminən 30-a yaxın cəsəd gətirilir və cəsədlər xüsusi şəkildə bükülərək tabutlara qoyulur. Uzun qazılan məzarda isə yan-yana basdırılır.

Qeyd edək ki, Nyu Yorkda koronavirusdan 7 mindən artıq insan həyatını itirib.