Tikinti ilə bağlı qanunvericiliyə dəyişiklik edildi

10 Aprel 2020 15:35 (UTC+04:00)

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Mövqe.az xəbər verir ki, dəyişikliklə qanunun 2.2-ci maddəsində “7 il” sözləri “8 il” sözləri ilə əvəz edilib.

Belə ki, həmin maddədə Tikinti və Şəhərsalma Maddəsinin 11.1 maddəsinin ilk cümləsində nəzərdə tutulmuş müddəanın tələblərinin qüvvəyə minməsi daha bir il müddətinə təxirə salınır. Həmin cümlə belədir: “Tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır”.