"OBA market"dən oğurluq - FOTO

10 Aprel 2020 17:27 (UTC+04:00)

Bakıda marketdə oğurluğa cəhd edilib.

Mövqe.az report-a istinadən xəbə verir ki, hadisə bu gün saat 14:30 radələrində Nizami rayon, Tofiq Abbasov küçəsində yerləşən "OBA market"də qeydə alınıb.

Belə ki, Beyləqan rayon sakini, 1989-cu il təvəllüdlü Talıbov Sahib Xudaverdi oğlu marketdən oğurluq etmək istəyən zaman Nizami Rayon Polis İdarəsi Post Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılıb və müvafiq polis bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.