Polis Ağsuda karantini pozan 25 nəfəri cərimələdi

11 Aprel 2020 15:32 (UTC+04:00)

Ağsu rayonunda karantin rejimini pozan piyada və sürücülər cərimələniblər.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, son bir sutka ərzində Ağsu Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaları tərəfindən rayon ərazisində 25 nəfər sürücü və piyada barəsində inzibati xətalar məcəlləsinin 211 maddəsilə cərimə tətbiq olunub.

Qeyd edək ki, ümumilikdə karantin rejimi tətbiq olunandan bu günə qədər AğsuRPŞ-nin əməkdaşları tərəfindən 160 nəfər barəsində inzibati xətalar məcəlləsinin 211 maddəsilə cərimə tətbiq olunub ki, onlardan 6 nəfəri inzibati qaydada həbs edilib.

Hazırda Ağsu RPŞ əməkdaşları gücləndirilmiş iş rejimində xudmətlərini davam etdirir.