Britaniyada koronavirusdan ölənlərin sayı 10 minə yaxınlaşır

11 Aprel 2020 20:29 (UTC+04:00)

Böyük Britaniyada son 24 saatda koronavirusdan 917 nəfər ölüb.

“Report” xəbər verir ki, məlumatı “Haberturk” yayıb.

Bildirilib ki, pandemiyadan ölənlərin ümumi sayı 9 875-ə çatıb.

Qeyd edək ki, krallıqda koronavirusdan 19 tibb işçisi ölüb.