Çempionlar Liqası və Konfederasiya kubokunun oyunları təxirə salındı

11 Aprel 2020 23:32 (UTC+04:00)

Afrika Futbol Konfederasiyası (CAF) koronavirus səbəbindən Çempionlar Liqası və Konfederasiya kubokunun oyunları təxirə salıb

Goal.az xəbər verir ki, bu barədə CAF-ın rəsmi saytı məlumat yayıb. Hər iki turnirin matçları 1-3 may və 8-10 may tarixlərində keçirilməli idi.

Qeyd edək ki, turnirlərin yeni təqvimi yaxın vaxtlarda açıqlanacaq.