Britaniyada koronavirus qurbanlarının sayı 10 mini ötdü

12 Aprel 2020 20:06 (UTC+04:00)

Böyük Britaniyada koronavirusa yoluxanların sayı 84 min nəfərə çatıb.

Mövqe.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, krallıq ərazisində pandemiya qurbanlarının sayı 10 min nəfəri ötüb.

Son bir gün ərzində virusdan ölənlərin sayı daha 737 nəfər artıb. Bununla COVID-19 infeksiyasından ölənlərin sayı 10 612 nəfərə yüksəlib. 

Ölkədə daha 5 288 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Hazırda Britaniyada 84 279 nəfər virus daşıyıcısı var.