Gürcüstanda koronavirusa yoluxanların sayı 266 nəfərə çatdı

13 Aprel 2020 10:20 (UTC+04:00)

Gürcüstanda daha doqquz nəfərdə koronavirus aşkarlanıb.

Mövqe.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 266 nəfərə çatıb. Onların 67-si sağalıb, 3-ü isə ölüb.

Hazırda karantində 4 872, stasionar nəzarətdə isə 453 nəfər var.