Sahibkarlardan kommunal işçilərə dəstək

13 Aprel 2020 13:22 (UTC+04:00)
Tikinti sahəsində fəaliyyət göstərən Pilot Residence MTK şirkəti tərəfindən paytaxtın kommunal, yaşıllaşdırma və digər təsərrüfat qurumlarına 1 (bir) ton texniki spirt ianə edilmişdir. 
Mövqe.az xəbər verir ki, şirkətin rəhbərliyindən bildirilmişdir ki, bu gün mövcud olan karantin şəraitində hər birimiz əlimizdən gələn dəstəyi əsirgəməməliyik. Həkim və polislərlə bərabər kommunal sahədə çalışan işçilər də öz peşə fəaliyyətləri ilə yanaşı həyətlərimizin, küçələrimizin dezinfeksiyası ilə məşğul olurlar. Biz onların səmərəli fəaliyyətinin və əziyyətlərinin şahidi oluruq. Buna görə də dezinfeksiya işləri üçün onlara bu üsulla yardımçı olmağı qərara aldıq.