Bu ölkədə koronavirusdan ilk ölüm qeydə alındı

13 Aprel 2020 15:35 (UTC+04:00)

Afrikanın şərqində yerləşən Burundi də koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb.

Mövqe.az “Anadolu” agentliyinə isitinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

İlk ölüm faktı Burundinin keçmiş paytaxtı Bujumburada baş verib.

Məlumta görə, Burundidə 4 nəfər koronavirusa yoluxub.

Ölkədə Pasxa bayramının qeyd edilməsi qadağan olunsa da aprelin 12-də kilsələrdə kütləvi formada bayram tədbirləri keçirilib.