ABŞ-ın bütün 50 ştatında koronavirusdan ölüm halları qeydə alınıb

14 Aprel 2020 08:05 (UTC+04:00)
ABŞ-ın Vayominq ştatında koronavirusdan ilk ölüm qeyd edildi. Bu barədə ştatın qubernatoru Mark Qordon "Twitter" səhifəsində xəbər yayıb. Beləliklə ölkənin bütün 50 ştatında COVİD-19 infeksiyası ilə əlaqəli ölüm halları qeydə alınıb. Qeyde edək ki, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Johns Hopkins Universitetinin məlumatında ABŞ-da 568 mindən çox koronavirusa yoluxma halı, 23 min insanın bu xəstəlikdən öldüyü bildirilir.