"Qarabağ"ın futbolçusu XXI əsrin rəmzi komandasına namizəd oldu

14 Aprel 2020 09:35 (UTC+04:00)
İspaniyanın "Albasete" klubunda XXI əsrin ən yaxşı "11-liy"inə namizədlər müəyyənləşib. "Report"un məlumatına görə, bununla bağlı ölkənin "5maseldescuento" nəşri sorğu keçirir. 40 futbolçudan ibarət siyahıda "Qarabağ"ın 30 yaşlı ispan yarımmüdafiəçisi Xayme Romeronun da adı var. O, 2008/2009-cu ildə "Albasete"də çıxış edib, oyunçu 36 görüşdə meydanda olub və 3 qol vurub. Qeyd edək ki, hazırda "Albasete"də Azərbaycan millisinin üzvü Eddi İsrafilov çıxış edir. 2019-cu ilin avqustundan bu komandanın şərəfini qoruyan 28 yaşlı yarımmüdafiəçinin adı bu siyahıya daxil edilməyib.