Bakı-Sumqayıt yolunda avtomobillər toqquşdu, tıxac yarandı - FOTO

14 Aprel 2020 10:06 (UTC+04:00)
Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb. Belə ki, 10-UO-769 dövlət nömrə nişanlı avtomobil 90-DC-680 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilə arxadan çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da hər iki avtomobilə ziyan dəyib. Hadisə nəticəsində tıxac yaranıb.