ABŞ şist neftinin hasilatını azaldacaq

14 Aprel 2020 10:23 (UTC+04:00)
Bu ilin may ayında ABŞ-da gündəlik şist neftin hasilatı aprel ayı ilə müqayisədə 183 min barel azalaraq 8.526 mln. barel təşkil edəcək. Bu barədə "APA-Economics" ABŞ Energetika Nazirliyinin Enerji Məlumatı İdarəsinin (EIA) hesabatına istinadən xəbər verir. Məlumata əsasən, eyni zamanda, aprel ayında şist neftinin faktiki istehsalı əvvəlki proqnoz ilə müqayisədə 4% aşağı olar, sutkada cəmi 8.709 mln. barel təşkil edib.