Xaçmazda polis bölməsinə yeni rəis təyin edildi

14 Aprel 2020 11:03 (UTC+04:00)
Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub. Mövqe.az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb. Nazirin əmri ilə polis mayoru Vüqar Hacıyev Quba RPŞ-nin Qonaqkənd PB-nin rəisi vəzifəsindən azad olunaraq, Xaçmaz RPŞ-nın Xudat Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.