Azərbaycanın peşə məktəblərində təhsil alan əcnəbilərə müvəqqəti yaşamaq icazəsi veriləcək

14 Aprel 2020 13:12 (UTC+04:00)

Azərbaycan Respublikasının peşə təhsili müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə veriləcək.

Mövqe.az-ın məlumatına görə, bu, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında müzakirəyə çıxarılan və Milli Məclisə tövsiyə edilən Miqrasiya Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qeyd edə ki, hazırda Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir.