İqtisadiyyat Nazirliyi: Pandemiyadan zərər çəkən 27,4 min vergi ödəyicisi maliyyə dəstəyi üçün müraciət edib

14 Aprel 2020 13:18 (UTC+04:00)

14 aprel tarixinə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkən 10 914 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 16 502 fərdi (mikro) sahibkar, cəmi 27 416 vergi ödəyicisi müraciət edib.

Nazirlikdən verilən məlumata görə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi layihəsi çərçivəsində müraciət edən 10 914 vergi ödəyicisində çalışan muzdlu işçilərin sayı 124 510 nəfərdir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bu müraciətlərdən 78 068 işçini əhatə edən 8 487 vergi ödəyicisinin müraciətləri araşdırılaraq təsdiq edilib və ayrılacaq maliyyə vəsaitinin vergi ödəyicilərinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. 

Bu proqram üzrə indiyədək təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 33,78 mln. manat, o cümlədən 1-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 16,9 mln. manat təşkil edir. Aprelin 13-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 2 636 vergi ödəyicisinə 24 463 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 5,31 mln. manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 16.502 vergi ödəyicisindən müraciət daxil olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 15 689 müraciət araşdırılaraq təsdiq edilib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Bu proqram üzrə indiyədək təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 15,48 mln. manat təşkil edir.

Aprelin 13-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən maliyyə dəstəyi çərçivəsində 3,53 mln. manat vəsaitin 3.041 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

14 aprel 2020 il tarixinə olan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üzrə hesabat:

Tədbirin icrası üzrə nəzərdə tutulmuş vəsaitin məbləği

215,0 milyon manat

Müraciət etmiş vergi ödəyicilərinin sayı

 

Vergi ödəyiciləri üzrə muzdlu işçilərin sayı

10.914 vergi ödəyicisi

 124.510 nəfər

Maliyyə dəstəyinin məbləği

 

o cümlədən, 1-ci ay üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin məbləği (50%)

33 780,4 min manat

 

16 890 , 2 min manat

Faktiki ödəniş edilmiş vergi ödəyicilərinin sayı

2 636 vergi ödəyicisi

Həmin vergi ödəyiciləri üzrə muzdlu işçilərin sayı

24 463 nəfər

Ödənilmiş vəsaitin məbləği

5 317,7 min manat

 

 14 aprel 2020 il tarixinə olan fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi üzrə hesabat:

Tədbirin icrası üzrə nəzərdə tutulmuş vəsaitin məbləği

80,0 milyon manat

Müraciət etmiş vergi ödəyicilərinin sayı

16 502vergi ödəyicisi

Müraciəti araşdırılmış vergi ödəyicilərinin sayı

Maliyyə dəstəyinin məbləği

15 . 689 vergi ödəyicisi

 

15483, 7 min manat

Faktiki ödəniş edilmiş vergi ödəyicilərinin sayı

3 041 vergi ödəyicisi

Ödənilmiş vəsaitin məbləği

3 530,9 min manat