Neymar uşaq kimi ağladı

14 Aprel 2020 15:32 (UTC+04:00)

Koronavirus pandemiyasına görə bir çoxları kimi karantində qalan məşhur braziliyalı futbolçu Neymar “7-ci koğuşdakı möcüzə” filmini izləyib.

Mövqe.az xəbər verir ki, təəssüratlarını instaqram izləyiciləri ilə bölüşən futbolçu uşaq kimi ağladığını etiraf edib.

“Övladı olanlar indi nələr düşündüyümü anlayar. Və övladı olmayanlar üçün deyirəm: bu, saf bir sevgidir. Nə film idi amma… Uşaq kimi ağladım. Çox ağır idi”, - Neymar qeyd edib.

Qeyd edək ki, “7-ci koğuşdakı möcüzə” filmi Türkiyə istehsalıdır. Rejissorluğunu Mehmet Ada Öztekinin etdiyi filmin baş rolunda Aras Bulut İynemli oynayıb. 2019-cu ildə 5,3 milyon nəfər tərəfindən izlənərək Türkiyədə ilin rekordunu qırmışdı.

Xatırladaq ki, Neymarın Davi Lukka adlı oğlu var. O, 2011-ci ildə dünyaya gəlib.