Saxta əsginas satan Bakı sakinləri saxlanılıb

14 Aprel 2020 20:37 (UTC+04:00)

Saxta əsginas satan Bakı sakinləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri N.Qədirov, E.Abdullazadə, N.Hüseynov, C.Dövlətov və M.Usubova aprelin 9-da Nərimanov rayonu ərazisində 24 ədəd 100 manatlıq saxta əsginas (2400 manat) şərti alıcıya satarkən saxlanılıblar.

Faktla əlaqədar cinayət işi başlanıb.