Türkiyədə koronavirusdan ölənlərin sayı kəskin artdı - 1403 ölü

14 Aprel 2020 22:47 (UTC+04:00)

Türkiyədə koronavirusdan ölənlərin sayı bu gün daha 107 nəfər artaraq, 1403-ə çatıb.

Mövqe.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca açıqlama verib.

Son 1 gün ərzində 4062 nəfər virusa yoluxub. Bununla da, virusa yoluxanların sayı 65 mini ötüb. Ümumilikdə 4799 nəfər sağalıb.