Hərbi təyyarə turunda sərnişin səhvən katapult etdi - 400 kilometr yüksəklikdən yerə düşdü

14 Aprel 2020 23:00 (UTC+04:00)

Fransanın müdafiə şirkətində fəaliyyət göstərən 64 yaşlı şəxsə uğurlarına görə hərbi təyyarədə uçmaq hədiyyə edilib.

Publika.az DHA agentliyinə istinadən xəbər verir ki, təlimlərdən sonra pilotla birgə hərbi təyyarədə uçan şəxs həyəcanlanaraq səhvən katapult düyməsini sıxıb. Hadisə 400 kilometr yüksəklikdə təyyarə saatda 500 kilometr sürətlə uçarkən baş verib. 64 yaşlı şəxs paraşütlə düşərkən müdafiə papağını və oksigen maskasını da yerə salıb.

Bununla belə, yerə düşən şəxs ciddi xəsarət almayıb. Məlumata görə, hadisə bir müddət əvvəl baş versə də, indi ictimaiyyətə açıqlanıb.