TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı

14 Aprel 2020 22:30 (UTC+04:00)

TƏBİB Azərbaycanda koronavirusla bağlı aprelin 14-nə olan statistik göstəriciləri açıqlayıb.

Mövqe.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 3 106 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 71 736 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda koronavirusa 49 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ümumilikdə koronavirusa 1 197 yoluxma aşkarlanıb. Onlardan 351-i sağalıb, 13-ü ölüb. Hazırda aktiv xəstə sayı 833-dür.